Futbolda ağ kart

12:59 | 17.10.2014
Futbolda ağ kart

Futbolda ağ kart

UEFA prezidenti, keçmiş futbolçu olan Mişel Platini indi də yazıçı olub. ANS PRESS-in məlumatına görə, fransız futbolçunun "Parlons Football" (Futboldan danışaq) adlı kitabı dərc edilib. Onun kitabının böyük maraq yaradacağı gözlənilir. Platini kitabında futbolun qaydaları ilə bağlı radikal dəyişiklər təklif edib. O, sarı və qırmızıdan sonra ağ kartın oyuna gətirilməsini təklif edib. Bu kartı alan oyunçular 10 dəqiqə oyunu kənardan izləyəcək. Kartdan şiddətli etiraz, sözdən çıxma, sözlə mübahisə zamanı istifadə edilə bilər. Onun təklif etdiyi yeni dəyişiklik komandalara 5 futbolçu dəyişməyə də imkan verə bilər.UEFA prezidenti oyun ərzində oyunçu əvəzləmək haqqının da artırılmasını təklif edib. Onun sözlərin görə, daha 2 əvəzləməyə imkan yaradılmalıdır. Platini bu iki oyunçu dəyişdirmənin dövrə arasında edilə biləcəyini qeyd edib. Platinin bir digər təklifinə görə, 5--ci və 6-cı hakimlərə sərbəstlik verilməldir və onlar oyunun içərisində olmalıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM