Füzulidə gərginlik: Ermənilər atəş açdı

10:22 | 29.05.2018
Füzulidə gərginlik: Ermənilər atəş açdı

Füzulidə gərginlik: Ermənilər atəş açdı

 
Mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələri bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub.
 
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan yoxdur. Kənd təsərrüfatı texnikasına ziyan dəyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM