G7 ölkələri xarici işlər nazirlərinin görüşü başlayıb

14:30 | 10.04.2016
G7 ölkələri xarici işlər nazirlərinin görüşü başlayıb

G7 ölkələri xarici işlər nazirlərinin görüşü başlayıb

Bu gün Hiroşimadakı "Grand Prince” mehmanxanasında "Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayıb.
 
APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, yalnız Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer təyyarəsində yaranan nasazlıq səbəbindən 1945-ci ildə ABŞ tərəfindən atom bombası atılmış bu yapon şəhərinə vaxtında gəlib çata bilməyib.
 
Yaponiya Xarici İşlər Nazirliyi F.V.Ştaynmayerin G7 xarici işlər nazirlərinin bütün rəsmi görüşlərində iştirak etməyəcəyi barədə məlumat yayıb. Eyni zamanda, almaniyalı nazirin yapon həmkarı ilə ikitərəfli görüşü də təxirə salınıb.
 
Proqrama əsasən, aralarında ABŞ-ın dövlət katibi Con Kerrinin də olduğu görüş iştirakçıları rəsmi müzakirələrdən əlavə, Sülh parkını ziyarət edəcəklər. Nazirlər üçün hazırlanan mədəni proqramda Yaponiyanın gözəl guşələrindən biri hesab olunan Miyacima adasındakı İtsukusuma şintoist məbədinə səfər də nəzərdə tutulur. Aprelin 11-də isə Yaponiyanın xarici işlər naziri Fumio Kişida yekun mətbuat konfransı keçirəcək. Bundan sonra jurnalistlərlə digər nazirlərin görüşü də gözlənilir.
 
Nazirlər Hiroşimada terrorizmlə mübarizə, dənizdə təhlükəsizlik və nüvə tərksilahı ilə bağlı məsələləri müzakirə edəcəklər. Bundan əlavə, G7 xarici işlər nazirlərinin Yaxın Şərqdə və Ukraynada vəziyyətlə bağlı fikir mübadiləsi aparacağı da bildirilir. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqanın verdiyi məlumata əsasən, müzakirələr zamanı regional problemlərə, o cümlədən Şimali Koreya məsələsi və naviqasiyanın hərəkət təhlükəsizliyi ilə bağlı məsələlərə də diqqət yetiriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb