Galatasaraylılara yeni transferdən MESAJ

23:00 | 01.09.2014
Galatasaraylılara yeni transferdən MESAJ

Galatasaraylılara yeni transferdən MESAJ

Galatasay klubuna transfer olunan "Napoli"nin ulduzu Goran Pandev Makedon mətbuatına açıqlama verib. 
ANN.Az-ın məlumatına görə, 3 yeni transfer Tarık Çamdalı, Goran Pandev və Dzemaili bu gün saat 11.25-də İstanbula gəlir. 
Pandev açıqlamasında "Çempionlar Liqasında oynama şansını əldə edəcəyəm, belə möcüzə bir komandada oynamaq mənim üçün bir qürur olacaq" deyib. Digər tərəfdən təcrübəli oyunçu, komanda yoldaşı Dzemailinin də Qalatasaraya özü ilə birlikdə qatılacağını qeyd edib. 
Digər tərəfdən Pandevin meneceri Carlo Pallavicini də Makedon oyunçunun pərəstişkarlarını salamlayaraq Goranın duyğularını paylaşıb:  "Hər kəsə təşəkkür edirəm. İstanbula getmək üçün ayrılıram. Hələ imza atmadım amma Napoli hər zaman ürəyimdə və evim olaraq qalacaq"
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb