Gecə klubunda yaralanan daha bir nəfər ÖLDÜ

14:05 | 10.04.2022
Gecə klubunda yaralanan daha bir nəfər ÖLDÜ

Gecə klubunda yaralanan daha bir nəfər ÖLDÜ

Bakıda "Location” gecə klubunda yaralanan şəxslərdən daha biri vəfat edib.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib.
 
Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.
 
Məlumata görə, Ayxan gecə klubunda ofisiant işləyirmiş.
 
Aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb.
 
Hadisədən sonra 3 nəfər müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Beləliklə, həlak olanların sayı 4 nəfərə çatıb

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb