Bakıya 50-dən artıq yeni avtobus gətirilicək

15:48 | 15.08.2016
Bakıya 50-dən artıq yeni avtobus gətirilicək

Bakıya 50-dən artıq yeni avtobus gətirilicək

Bu ilin sentyabr ayında Bakı şəhərində istismar məqsədi ilə 50-dən artıq marşrut avtobusu gətirilicək. 

"Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov məlumat verib.

M.Abbasov bildirib ki, marşrut avtobusları parkının yenilənməsi prosesi davam edəcək: "Artıq şirkətlər dərk edir ki, yararsız avtobusları işlətmək olmaz. Yəni, Bakı Nəqliyyat Agentliyi həmin avtobusları istismara buraxmayacaq. Diqqət etsəniz görərsiz ki, yol qəzalarının əksəriyyəti istismara yararsız olan nəqliyyat vasitələrinə görə baş verir". 

"Standartlara cavab verməyən marşrut avtobusları istismardan yığışdırılacaq”, - deyə Agentlik rəsmisi qeyd edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb