Gələn ilin yaşayış minimumu ilə bağlı layihə parlamentin sonuncu oxunuşuna tövsiyə edilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
Anews.az-ın xəbərinə görə, toplantının gündəliyinə 10 məsələ daxil edilib.
Əvvəlcə iclasda "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, "2022-ci il üçün yaşayış minimumu haqqında”, " 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri üçüncü oxunuşda komitə üzvlərinin müzakirəsinə təqdim edilib.
Daha sonra isə İnzibati Xətalar Məcəlləsinə, "Sosial sığorta haqqında”,"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”,"Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlara dəyişiklik layihələri üçüncü oxunuşda müzakirə olunub.
Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Son xəbərlər 
Daha çox 