Gəncə hadisələrinə görə 11 nəfər axtarışa verildi

11:16 | 28.09.2018
Gəncə hadisələrinə görə 11 nəfər axtarışa verildi

Gəncə hadisələrinə görə 11 nəfər axtarışa verildi

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxslərin tam dairəsi müəyyən edilib.

BakuPost xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.

Baş prokuror qeyd edib ki, bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib".

"Axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib".

Z.Qaralov əlavə edib ki, bu hadisədə əli olanlardan heç kim məsuliyyətdən kənarda qalmayacaq: "Hesab edirik ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacaq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb