Gəncə işi ilə bağlı iki sayta cinayət işi qaldırıldı

15:06 | 14.07.2018
Gəncə işi ilə bağlı  iki sayta cinayət işi qaldırıldı

Gəncə işi ilə bağlı iki sayta cinayət işi qaldırıldı

Mətbuata bilə-bilə yalan məlumat yaymaqla suçlandırılan daha 2 saytın –"gununsesi.info” və "teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən,  1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıblar.

Musavat.com -a göndərilən məlumatda daha sonra vurğulanır: "Azərbaycan Respublikasının Prezidenti yanında kecirilən müşavirədə qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcəkdir”.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM