Gəncə-Naxçıvan reyslərinin bahalaşması ilə bağlı AÇIQLAMA

17:08 | 06.04.2016
Gəncə-Naxçıvan reyslərinin bahalaşması ilə bağlı AÇIQLAMA

Gəncə-Naxçıvan reyslərinin bahalaşması ilə bağlı AÇIQLAMA

Tarif Şurası beynəlxalq reyslər üzrə qiymətlərə heç bir zaman qarışmayıb. 

Amma daxili qiymətləri Tarif Şurası müntəzəm olaraq tənzimləyir. Bilirsiz ki, Ermənistan üzərindən hava məkanı bağlıdır.

Biz Gəncə-Naxçıvan uçuşlarını bərpa etmək istəyirdik. Gəncədən bu gün Naxçıvana uçmaq üçün İran üzərindən giriş-çıxış, yəni marşrut Bakıdan daha uzun əmələ gəlir. 

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirib.

"Bununla bağlı biz Tarif Şurasına müraciət etmişdik. Reyslər səmərəli deyildi. Onlar iki dəfə buna baxdıqdan sonra, 60 manat məbləğində tarifə razılıq veriblər”, - deyə o qeyd edib. 

"Bakıdan Naxçıvana tarif 70 manatdır. Biz 50 manat sərnişinlərdən, 20 manat isə hökumətdən kompensasiya alırıq. Amma Gəncə-Naxçıvan reyslərində bu kompensasiya yoxdur”, - deyə vitse-prezident əlavə edib. 

Qeyd edək ki, Tarif Şurası tərəfindən Gəncə-Naxçıvan aviareysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiqlənib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb