Gəncənin yeni başçısı onları vəzifəsindən azad etdi

17:21 | 01.11.2018
Gəncənin yeni başçısı onları vəzifəsindən azad etdi

Gəncənin yeni başçısı onları vəzifəsindən azad etdi

Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi Vəfa Məlikova və şöbənin aparıcı məsləhətçisi Şövkət Nağıyeva vəzifələrindən azad edilib.

"Report” xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyətinin başçısı əmr imzalayıb.

N.Bayramovun digər əmri ilə baş mühasib vəzifəsinə Məlahət Salahova təyin olunub.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM