General-mayor Şəkinski vəfat etdi

10:35 | 21.10.2020
General-mayor Şəkinski vəfat etdi

General-mayor Şəkinski vəfat etdi

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.

Anews.az "BakuPost”a istinadən məlumatına görə, 59 yaşlı generalın səhhətində müəyyən problemlər var imiş.

Şəkinski Emin Əkrəm oğlu 1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. O, Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini vəzifələrində işləyib, 2004-cü ilin avqust ayında isə DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

2005-ci ilin aprel ayından DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Emin Şəkinski 2015-ci ildə həyat yoldaşı Gülnarə Şəkinskayanın evdən 60 min manat oğurlayaraq övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahiri saxta sənədlərlə ölkədən çıxararaq qaçmasına görə aparılan cinayət işi ilə gündəmə gəlmişdi. E.Şəkinski bu hadisədən hüquq-mühafizə orqanlarına şikayət etmişdi.
 
G.Şəkinskayaya kömək edən bir neçə vətəndaş və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev cinayət işi üzrə təqsirləndirilmişdi. Əlövsət Əliyev o zaman beynəlxalq axtarışa verilmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb