Çoxları ifaçının xanım olduğundan xəbərsizdir
ANN.Az xəbər verir ki, məşhur "Ögey ana" filmindəki "Kəndimiz" mahnısının əsl ifaçısı, çoxlarının bildiyi kimi Şövkət Ələkbərova yox, məhz Məsumə Atamova adlı xanım olub.
Müsahibələrindən birində Məsumə Atamova bildirib ki, heç kim onun bu mahnını ifa etdiyini bilmirdi. Onun sözlərinə görə, uşaqlıqdan oxumağa marağı olsa da, atası bu sənəti davam etdirməyə icazə verməyib.
M.Atamova "Pionerlər evində" olduğu vaxtlarda məşhur bəstəkar Tofiq Quliyevin onun müəllimi Əfsəl Cavanşirovdan uşaq səsi tapmağı xahiş etdiyini bildirib.
Cavanşirov isə Atamovanın ən yaxşı seçim olduğunu deyib. Beləliklə, 7 yaşlı qızcığaz "Ögey ana" filmində "Kəndimiz" mahnısını ifa edib.
Hal-hazırda Məsumə Atamovanın hansı sahədə çalışdığı məlum olmasa da, ifaçı olaraq irəli getməməsinin əsas səbəbkarının atası olduğu məlumdur.
Sizə "Kəndimiz" mahnısının əsl ifaçısının fotolarını təqdim edirik:
Rəşid
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !