Gömrük Komitəsi büdcəyə ödənişləri artırdı

23:13 | 13.05.2016
Gömrük Komitəsi büdcəyə ödənişləri artırdı

Gömrük Komitəsi büdcəyə ödənişləri artırdı

2016-ci ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 227 milyon 396 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-cü ilin müvafiq dövrü ilə müqayisədə 86,1 milyon manat yaxud 60,9% çoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) aprel ayı üzrə açıqladığı statsitik məlumatda bildirilib.

"Apreldə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 11 milyon 642 min manat yaxud 27,4% artaraq 54 milyon 202 min manat olub.

ƏDV üzrə daxilolmaların həcmi 55 milyon725 min manat yaxud 62% artaraq 145 milyon 577 min manat, aksizlər 8 milyon 373 min manat yaxud 115% artaraq 15 milyon 615 min manat, yol vergisi üzrə daxilolmalar isə 10 milyon 35 min manat və ya 6,26% artaraq 12 milyon 300 min manata çatıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb