Güneyli xalq şairi: “Cənubda erməni təbliğatı çox güclüdür”

12:50 | 11.08.2014
Güneyli xalq şairi: “Cənubda erməni təbliğatı çox güclüdür”

Güneyli xalq şairi: “Cənubda erməni təbliğatı çox güclüdür”

Avqustun əvvəllərində güclənən Qarabağ gərginliyi bəzi məsələlərə bir daha toxunmaq zərurətini yaratdı. Qarabağ hadisələrində üstüörtülü qalan məsələlərdən biri də Güney Azərbaycanda yaşan sayı bizdən xeyli çox olan soydaşlarımızın bu münaqiş verdikləri reaksiyadır. Modern.az saytı bu məsələ ilə bağlı əslən Güney Azərbaycandan olan xalq şairi Söhrab Tahirdən münasibət öyrənib. Onun fikrincə,  o tayda erməni təbliğatının çox güclü olması güneyliləri yalnız ədəbiyyat cəbhəsində mübarizə aparmağa məcbur edib:“Qarabağ hadisələrinə güneylilərin, Təbrizin verdiyi reaksiyasını soruşursunuzsa, bu, həm ədəbiyyatda, həm də insanlarda olub. Qarabağ müharibəsi zamanı bura könüllü vuruşmağa gələnlər də var idi. Elə 16-17 nəfəri mən özüm tanıyırdım. Bəziləri yaralandı da. Biri elə bu saat Gədəbəydə qızıl mədənində işləyir. Adı Mahmud Ələkbərovdur. İndi də Qarabağla həm camaat özü maraqlanır, həm də ədəbiyyatda da ara-sıra Qarabağ məsələsinə aid şeirlər, yazılar yazılır. Tək-tük misralarda Qarabağ faciəsinin adı çəkilir. Qarabağ qeyrətini oradakı camaat indi də çəkir. Amma bu kütləvi şəkil almır. Elə ədəbiyyatda mədəniyyətdə mənəvi cəhətdən yada salınır. Bir də vaxtilə burada könüllü döyüşən insanların xatirələrində böyük nisgillə yada salınır. Dövlət aparatı təbii ki, buna imkan vermir. Orada erməni təbliğatı çox güclüdür. Təbriz, Ərdəbil, Tehranda bizim əleyhimizə olan erməni təbliğatı çox güclü inkişaf edib”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb