Günter Ottinger Azərbaycana səfər edəcək

15:53 | 13.12.2013
Günter Ottinger Azərbaycana səfər edəcək

Günter Ottinger Azərbaycana səfər edəcək

Avropa Birliyinin (AB) enerji məsələləri üzrə komissarı Günter Ottinger növbəti həftə Azərbaycana səfər edəcək.Komissarın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi dekabrın 17-də Bakıda Transadriatik qaz kəməri (TAP - Trans Adriatic Pipeline) layihəsi üzrə sazişin imzalanması mərasimində iştirak etməkdir. Qeyd edək ki, dekabrın 17-də Bakıda Xəzərin Azərbaycan sektorundakı “Şəhdəniz” qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul olunması da gözlənilir. Yekun investisiya qərarı çərçivəsində 39 sənədin imzalanması planlaşdırılır. Mərasimə qatılmaq üçün İtaliyan və Yunanıstanın baş nazirləri Enriko Letta və Antonis Samaras da Azərbaycana gələcəklər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb