Goldman Sachs: Neft 50 dollara qədər bahalaşacaq

21:32 | 14.01.2016
Goldman Sachs: Neft 50 dollara qədər bahalaşacaq

Goldman Sachs: Neft 50 dollara qədər bahalaşacaq

Dünya bazarında neftin qiyməti hələ ən aşağı nöqtəyə çatmayıb, lakin 2016-cı ilin sonunda vəziyyət sabitləşəcək və qara qızılın qiyməti 50 dollara qədər qalxacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə Goldman Sachs Asset Management şirkətinin Frankfurt filialının icraçı direktoru Sandra Qrabenveqer-Strakaya istindən Rambler News Service nəşri yazır.

O bildirib ki, neftin qiymətinin ucuzlaşmasının əsas səbəbi qışın isti keçməsi ilə əlaqədar enerjiyə təlabatın azalması və Çinin və digər inkişaf edən ölkələrin iqtisadi artımının zəifləməsidir.

Sandra qeyd edib ki, neft böhranı ən çox Rusiya və Braziliya kimi ölkələrin iqtisadiyyatına mənfi təsir göstərəcək. Xammalın ucuzlaşmasından isə daha çox Hindistan faydalanacaq: ehtimal olunur ki, 2016-cı ildə ölkənin ÜDM-ü 6% artacaq.

Yanvarın 14-də Brent markalı neftin qiyməti dünya bazarında bir barelə görə 30,70 dollar, WTI nefti isə - 31,49 dollar təşkil edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb