Gürcü nazir "Bakcell Arena"dakı təxribatdan danışdı

21:56 | 01.08.2014
Gürcü nazir "Bakcell Arena"dakı təxribatdan danışdı

Gürcü nazir "Bakcell Arena"dakı təxribatdan danışdı

"Gürcüstanla Azərbaycan arasındakı dostluq münasibətlərinə heç kim xələl gətirə bilməz"Gürcüstan xarici işlər naziri Maya Pancikidze “Neftçi” - “Çixura” matçı zamanı baş verənlərə münasibət bildirib.ANS PRESS-in məlumatına görə, nazir bunu təxribat adlandırıb:"Bu, düşünülmüş təxribat olub. Təxribatçılar öz məqsədlərinə çatmayacaq. Gürcüstanla Azərbaycan arasında dostluq münasibətləri var. Bu münasibətlərə heç kim xələl gətirə bilməz".Qeyd edək ki, iyulun 31-də Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutan “Neftçi” - “Çixura” oyununda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədib.

Onlar oyunun keçirildiyi "Bakcell Arena"da Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb