Gül yenidən hakimiyyətə gəlmək istəyir?

14:28 | 19.04.2018
Gül yenidən hakimiyyətə gəlmək istəyir?

Gül yenidən hakimiyyətə gəlmək istəyir?

Türkiyənin sabiq prezidenti və hakim AKP-nin iki qurucusundan biri olan Abdullah Gül yenidən prezidentliyə namizəd ola bilər.

Anews.az-ın xəbərinə görə, Səadət Partiyasının lideri Təməl Karamollaoğlu bunu istisna etmir.

O bildirib ki, Gülün prezident seçkilərinə qatılmasını və "Səadət”in namizədi olmasını istəyirlər.

"Biz bütün siyasilərlə dialoqa açığıq. Hər kəslə danışıqlar aparacaöıq. Hazırda müxalifətdəki partiyalarla və liderlərlə, eləcə də, Güllə də fürsət olan kimi görüşəcəyik.

Fikrimizi bilmək istəyirsinizsə, biz Gülün namizədimiz olmasını və seçkilərə qatılmasını istəyirik”, - deyə Karamollağlu əlavə edib.

Qeyd edək ki, Gülün namizədliyi məsələsi bir müddət öncə CHP-nin sabiq lideri Dəniz Baykal tərəfindən də dilə gətirilmişdi.

Gülün özünün də namizəd kimi seçkilərdə iştirakda maraqlı olduğu söylənilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb