Gümüş medalçımız üzr istədi

09:44 | 19.06.2015
Gümüş medalçımız üzr istədi

Gümüş medalçımız üzr istədi

"İlk öncə Azərbaycan xalqına təşəkkürümü bildirirəm ki, mənə sona qədər dəstək oldular. Onlar ilk döyüşümdən etibarən məni çox gözəl şəkildə dəstəklədilər və inandılar".

Bu sözləri Qol.Az-a açıqlamasında "Bakı-2015" I Avropa Oyunlarında ölkəmizə gümüş medal qazandıran taekvondoçumuz Fəridə Əzizova (67 kq) deyib.

F.Əzizova qızıl medal qazana bilmədiyi üçün təssüfləndiyini bildirib: "Təssüflər olsun ki, Azərbaycanın hesabına daha bir qızıl medal yazdıra bilmədim. Buna görə xalqımdan üzr istəyirəm. Finalda görüşdüyüm rus idmançısına artıq dördüncü dəfədir uduzuram. Hər dəfə ona xal verdiyim üçün səhvin özümdə olduğunu düşünürəm. Artıq növbəti qarşılaşmamızda həmin səhvləri təkrar etməməyə və ona qalib gəlməyə çalışacam. Bunun üçün çox yaxşı hazırlaşacam".
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM