Gürcüstan Azərbaycan qazının idxalını azaldıb

15:28 | 19.03.2024
Gürcüstan Azərbaycan qazının idxalını azaldıb

Gürcüstan Azərbaycan qazının idxalını azaldıb

2024-cü ilin yanvar-fevralda Gürcüstan Azərbaycandan 524,1 milyon kubmetr qaz idxal edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 22,3% azdır.

Hesabat dövründə Gürcüstanın Azərbaycandan idxal etdiyi qazın dəyəri təqribən 62,6 milyon dollar (illiklə müqayisədə -41,7%) təşkil edib.

Əvvəllər xəbər verildiyi kimi, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ildə Gürcüstan Azərbaycandan təqribən 2,5 milyard kubmetr qaz idxal edib (il/illik -4%) və bu məqsədlər üçün təxminən 313,5 milyon dollar (-9,2%) xərcləyib.

 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti