"Gürcüstan parlamentində üç partiya təmsil olunacaq" - MSK

23:33 | 10.10.2016

"Gürcüstan parlamentində üç partiya təmsil olunacaq" - MSK

Gürcüstan parlamentinə şənbə günü keçirilən seçkilərlə əlaqədar 100%  səslər hesablanıb.
 
APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.
 
Beləliklə, yeni parlamentdə hakim "Gürcü arzusu” (48,8%), sabiq prezident Mixail Saakaşvilinin  lideri olduğu "Vahid Milli Hərəkat” Partiyası (27,1%) və "Vətənpərvərlər Alyansı” (5,006%) təmsil olunacaqlar.
 
Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 19 partiya iştirak edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM