Gürcüstan prezidenti Allahşükür Paşazadəyə nə hədiyyə etdi? - Foto

17:43 | 20.11.2019
Gürcüstan prezidenti Allahşükür Paşazadəyə nə hədiyyə etdi? - Foto

Gürcüstan prezidenti Allahşükür Paşazadəyə nə hədiyyə etdi? - Foto

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Görüşdə dünya dini liderlərinin II Sammitinin Bakıda keçirilməsinin əhəmiyyəti müzakirə olunub.
QMİ sədri tədbirdə fəal iştiraka görə Gürcüstan tərəfinə minnətdarlığını bildirib.

Görüşün sonunda Z.Pataradze A.Paşazadəni 70, onun Şeyxülislamlıq fəaliyyətinin 40-cı yubileyi münasibətilə bir daha təbrik edib. Səfir Gürcüstan prezidenti Salome Zurabişvilinin adından yüksək keyfiyyətlə nəşr olunan "Pələng dərisi geymiş pəhləvan” kitabını QMİ sədrinə hədiyyə edib. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb