Gürcüstanda yeni rekord - 200-ə yaxın yoluxma

11:22 | 16.09.2020
Gürcüstanda yeni rekord - 200-ə yaxın yoluxma

Gürcüstanda yeni rekord - 200-ə yaxın yoluxma

Gürcüstanda son sutka ərzində daha 196 nəfərdə koronavirus aşkarlanması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

Anews.az "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 2 758-ə çatıb, bu virusdan ölənlərin sayı isə 19-dur.

Bundan əlavə, indiyədək 1 412 nəfər sağalıb. Hazırda 6 663 nəfər karantində, 836 nəfər isə stasionarlarda həkimlərin nəzarəti altındadır.

Digər ölkələrdən müalicə üçün gətirilən Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfər təşkil edir.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb