Gözlənilən danışıq baş tutdu

20:15 | 20.03.2018
Gözlənilən danışıq baş tutdu

Gözlənilən danışıq baş tutdu

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə zəng edib. 
 
 
RİA Novost xəbər verir ki, o, Putini prezident seçkilərindəki qələbəylə bağlı təbrik edib. Söhbət əsnasında 2 ölkə lideri terrora qarşı birgə mübarizə, strateji stabillik və başqa məsələləri də müzakirə ediblər. 
 
Kremlin yaydığı məlumatda qeyd edilib ki, telefon zəngi Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. 
 
Qeyd edək ki, daha öncə Trampın Putini təbrik etməməsi dünya mətbuatının gündəminə düşmüşdü. Ağ Evin nümayəndəsi Hoqan Qidli isə bunu sadəcə olaraq ABŞ liderinin əvvəlcədən telefon danışığı planlaşdırmamağı ilə izah etmişdi.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM