Hacı Məmmədovun çəkdiyi sirli tablolar - FOTOLAR

14:25 | 13.12.2013
Hacı Məmmədovun çəkdiyi sirli tablolar - FOTOLAR

Hacı Məmmədovun çəkdiyi sirli tablolar - FOTOLAR

 Hacı Məmmədovun həbsxanada çəkdiyi müxtəlif rəsm əsərlərinin görüntüləri yayılıb. ANN.Az-ın məlumatına görə, İşgəncələr Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Hacı Məmmədovun çəkdiyi 4 tablonu bugun.az-a təqdim edib.Hüquq müdafiəçisi bildirib ki, yağlı boya ilə çəkilmiş bu şəkilləri Hacı Məmmədov ona müxtəlif illərdə verib: “Rəsmlərin arxasında onların çəkildiyi tarix qeyd olunub. Orada Hacı Məmmədov həm də onları mənə hədiyyə etdiyini yazıb. Özü mənə deyib ki, onların hər birinin parolu, şifrəsi var. Amma parolu mənə açmır”.E. Behbudov onu da  əlavə edib ki, həmin şəkillərin üzərində müxtəlif qurumların ekspertləri işləyiblər: “Ola bilsin onlar hansısa rəyə gəliblər. Amma mənə bu barədə heç nə deyilməyib”.O rəsmlərin qiymətləri ilə maraqlanmadığını da bildirib: “Amma mənə elə gəlir ki, vaxt gələcək bu rəsmlərin qiyməti olmayacaq. Ofisimizdə oğurluq olmuşdu. Qorxdum ki, birdən Hacının şəkilləri də oğurlanar. Amma xoşbəxtlikdən oğrular bu rəsmlərin qiymətini başa düşməyib”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb