Hacı Əliyev yarımfinalda uduzdu

23:31 | 17.09.2022
Hacı Əliyev yarımfinalda uduzdu

Hacı Əliyev yarımfinalda uduzdu

Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksələ bilməyib.
 
 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda Rəhman Amuzadxəliliyə (İran) uduzub.
 
Hacı Əliyev sabah bürünc medal uğrunda qarşılaşmaya qatılacaq.
 
61 kq-dakı İslam Bazarqanov və 92 kq-dakı Maqomedxan Maqomedov rəqibləri finala çıxdığı üçün təsəlliverici görüşdə iştirak edəcək.
 
Bu gün həmçinin 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda qarşılaşmada Radoslav Marçinkieviç (Polşa) ilə üz-üzə gələcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb