Hacıları daşıyan avtobus yandı – Video

21:19 | 26.07.2018
Hacıları daşıyan avtobus yandı – Video

Hacıları daşıyan avtobus yandı – Video

Səudiyyə Ərəbistanın Mədinə şəhərində Türkiyədən olan hacıları daşıyan avtobus qarşıdan gələn "pikap” tipli avtomobil ilə toqquşub.
Anews.az-ın Oxu.Az-a istinadən məlumatına görə, qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü ölüb.
Qum fırtınası səbəbi ilə yolların qumlarla örtülməsinə görə qarşıdan gələn nəqliyyat vasitəsi yolu düzgün nizamlaya bilməyib və türk hacıların olduğu avtobusa çırpılıb.
Çırpılmanın şiddəti ilə qəzadan dərhal sonra hər iki nəqliyyat vasitəsi yanmağa başlayıb.
Qəzadan sonra qapıları açılan avtobusdan enən hacılar yanmaqdan xilas ola biliblər. Lakin deformasiyaya uğrayan nəqliyyat vasitələrinin sürücüləri sükan arxasından çıxarıla bilmədikləri üçün ölüblər.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb