“Hafka”nın villası belə boşaldıldı - FOTOLAR

15:37 | 01.10.2014
“Hafka”nın villası belə boşaldıldı - FOTOLAR

“Hafka”nın villası belə boşaldıldı - FOTOLAR

Hazırda iş adamı Hafiz Məmmədovun oğlu üçün aldığı yeni ev polis tərəfindən boşaldılır. “Qafqazinfo” xəbər verir ki, hazırda polislər villanın qarşısındadırlar.Qeyd edək ki, Hafka evi oğluna alıb. Amma ev başqasının adında girovda olub. Hafiz Məmmədov nə bankın borcunu ödəyib, nə də pulu bağlayıb.Bu səbəbdən hazırda Nərimanov rayon məhkəmə icraçıları ilə birlikdə polis evi boşaldır.Modern.az yazır ki, bəzi iddialara görə, “Baghlan Group”un adına banklardan külli miqdarda vəsait alınaraq başqa istiqamətlərə xərclənib. Məlumatda o da qeyd olunur ki, “Hafka” Beynəlxalq Bankdan da götürdüyü külli miqdarda krediti vaxtından xeyli müddət keçməsinə baxmayaraq geri qaytarmayıb. Bu iş də məhkəmə çəkişməsinə çevrilib.Dəqiq rəqəm bilinməsə də, söhbətin bir neçə 100 milyon manatdan getdiyi bildirilir. Bankın dəfələrlə xəbərdarlığına baxmayaraq, Hafiz Məmmədov nə əsas kredit borcunu, nə də faizlərə görə yığılıb qalan vəsaiti geri qaytarmayıb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb