Hamama gedən qadınlar zəhərləndilər

13:01 | 03.01.2019
Hamama gedən qadınlar zəhərləndilər

Hamama gedən qadınlar zəhərləndilər

Qadın hamamına gedən 18 nəfər xəstəxanaya düşüb.

Anews.az milli.az-a istinadla xəbər verir ki, Türkiyənin Hatay vilayətində hamama gedən qadınlar zəhərlənmə şübhəsi ilə xəstəxanaya yatırılıblar.

Xəstəxanaya düşən 18 nəfərin vəziyyəti hazırda yaxşıdır.

Onların zəhərlənməsinə səbəb isə bir gün əvvəl hamamda kimyəvi maddələrlə aparılan təmizlik işləridir.

Belə ki, kimyəvi maddə qalıqları istinin təsirindən qadınların halına mənfi təsir edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM