Hazırda rayonlarda güclü yağış yağır

13:13 | 12.11.2018
Hazırda rayonlarda güclü yağış yağır

Hazırda rayonlarda güclü yağış yağır

Ölkə ərazisində noyabrın 11-i gündüzdən 12-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub.

Bu barədə Anews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, yağan güclü leysan yağış nəticəsində çaylarda sululuq artıb, Lənkərançay, Təngərüdçay, İstisuçay, Boladıçay və Veravulçayda sel müşahidə olunub. Hazırda intensiv və güclü yağış davam edir.

Düşən yağıntının miqdarı Naxçıvan MR-da 2-3, Böyük Qafqazda 1-14, Lənkəran-Astara zonasında 1-25, Mərkəzi-Aran rayonlarında 1-18, Bakıda və Abşeron yarımadasında: Ələtdə 11, BDU-da 10, Pirallahıda 8, Bakıda 5, Binə, Zabratda 4, Maştağada 3, Bayıl yamacında 2, Sumqayıtda 0.7 mm olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM