Həbibin 29 döyüşdən nə qədər qazandığı məlum oldu

23:00 | 26.10.2020
Həbibin 29 döyüşdən nə qədər qazandığı məlum oldu

Həbibin 29 döyüşdən nə qədər qazandığı məlum oldu

UFC-nın yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədovun karyerası boyunca nə qədər gəlir əldə etdiyi məlum olub.

Unikal.org sportekz.com-a istinadən xəbər verir ki, rusiyalı idmançı 7 ildə 10 milyon dollar qazanıb. Lakin bu, təkcə mükafat fondundan gələn puldur. Bu məbləğin üstünə reklam tərəfdaşlarından və canlı yayından gələn gəlirləri də əlavə etsək, təxminən 12 milyon edir.

Xatırladaq ki, Həbib ilk döyüşünü 2013-cü ildə keçirib. O, həmin dueldən 10 min dollar qazanıb, üstəgəl, bir o qədər bonus əldə edib. Castin Getji ilə ötən həftəsonu baş tutan döyüş isə Nurməhəmmədova 3 milyon və əlavə 90 min dollar qa2andırıb. 

Xatırladaq ki, peşəkar karyerası boyunca 29 döyüş keçirən müsəlman idmançı üçün Getji ilə döyüş sonuncu idi. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM