Həftəsonları dükan və apteklər də bağlana bilər

19:41 | 03.06.2020
Həftəsonları dükan və apteklər də bağlana bilər

Həftəsonları dükan və apteklər də bağlana bilər

"Dövlət müəssisələrində cümə günlərində iş saatlarının qısaldılması nəzərdə tutulub",  bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, həftəsonu üçün əksər ticarət obyektləri və ərzaq dükanlarının tam qapanması planlaşdırılır.  "Apteklərin məsələsi müzakirə olunur. İki gün üçün insanlar tədarüklərini görməlidirlər", deyə o. bildirib. 
 
O, eyi zamanda bildirib ki, ola bilsin ki, bəzi şəxslərə SMS icazəsi verilsin.
 
"Bu, əvvəlki qaydada olmayacaq. Yalnız xüsusi hallarda insan səhhəti ilə bağlı ola bilər. İctimai və şəxsi nəqliyyatdan istifadə isə mümkün olmayacaq", - Ramin Bayramlı bildirib. 
 
Qeyd edək ki, Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM