Həmsədr: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışacağıq"

18:39 | 26.04.2016
Həmsədr:

Həmsədr: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışacağıq"

Pyer Andryö tərəfləri danışıqlara başlamağa çağırıb

"Yaxın gələcəkdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb, birgə görüş təşkil etməyə çalışacağıq. Hazırda bunun üzərində işləyirik".

"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andryö Bakıda jurnalistlərə açılqmasında deyib.

Vasitəçilərin yaxın gələcəkdə regiona səfəri ilə bağlı sualı cavablandıran həmsədr belə deyib: "Tarix məlum deyil, bu məsələ hələ həll olunmayıb. Amma bu zəruridir".

ATƏT-in Minsk qrupunun həmsədri təmas xəttində atəşkəs rejiminin qorunmasının vacibliyini vurğulayıb və tərəfləri danışıqlara başlamağa çağırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb