Həmsədrlər Qarabağla bağlı hesabat təqdim edəcəklər

09:25 | 20.04.2016
Həmsədrlər Qarabağla bağlı hesabat təqdim edəcəklər

Həmsədrlər Qarabağla bağlı hesabat təqdim edəcəklər

ATƏT-in  Minsk Qrupunun həmsədrləri aprelin 20-də  Berlində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı hesabat təqdim edəcəklər.

Oxu.Az-ın məlumatına görə, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.

"Aprelin 20-də Minsk Qrupunun həmsədrləri ATƏT-in Berlin ofisində Dağlıq Qarabağ münaqişəsi zonasında hazırkı vəziyyət və davam edən hərbi fəaliyyət barədə hesabat təqdim edəcəklər”, - deyə Uorlik qeyd edib.

O qeyd edib ki,  Dağlıq Qarabağ münaqişəsi məsələsi hazırda ATƏT-də sədrlik edən Almaniya ilə keçiriləcək danışıqlarda müzakirə olunacaq.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb