• $
  • £

Hər il 15 milyona yaxın uşaq vaxtından əvvəl doğulur

Hər il 15 milyona yaxın uşaq vaxtından əvvəl doğulur
17.11.2022 18:30
Dünyada hər il 15 milyona yaxın uşaq vaxtından əvvəl doğulur və hər il bir milyon vaxtından əvvəl doğulan uşaq tələf olur.
 
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neanotoloq Rüstəm Hüseynov bildirib.
 
Neanotoloq qeyd edib ki, beş yaşadək uşaqlar arasında ölümün əsas səbəblərindən biri hesab olunur:
 
"Vaxtından əvvəl doğumlar müxtəlif ölkələrdə ümumi doğuşların 5-18%-ni təşkil edir. Maraqlı fakt odur ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə bu göstərici artmaqda davam edir. Vaxtından əvvəl doğulmuşların qulluq və müalicəsində əhəmiyyətli dərəcədə proqress əldə olunsa da, təəssüf ki, vaxtından əvvəl doğumların sayında azalma müşahidə olunmur.
 
Vaxtından əvvəl doğulmanın əsas səbəblərindən – çoxdöllü hamiləlik, uşaqlığın və uşaqlıq boynunun anatomik problemləri, anada olan infeksiyalar, arterial hipertenziya və preeklampsiya, şəkərli diabet, genetik faktorları qeyd etmək lazımdır. Hazırda bir çox səbəblər müvəffəqiyyətlə korreksiya olunur və bu da vaxtından əvvəl doğuşla bağlı riskləri azaldır".
 
Həkim vaxtından əvvəl doğulan körpələrdə müşahidə edilən əsas xüsusiyyətləri də açıqlayıb:
 
"Vaxtından əvvəl doğulan körpələrdə yuxu dövrü daha uzun olur. Əzələ tonusunun aşağı olması və anadangəlmə fizioloji reflekslərin zəif alınması müşahidə olunur. Dəri nazik, quru, qırışmış, bolca tüklə örtülür. Vaxtından əvvəl doğulan körpələrdə dərialtı piy təbəqəsi kifayət qədər inkişaf etmir, onlar termoləbildirlər, yəni daha çox hiper və hipotermiyadan əziyyət çəkirlər.

Kəllə sümükləri elastikdir, təkcə böyük deyil, həm də kiçik əmgək (fontanel) açıqdır. Qulaq seyvanları yumşaqdır-qığırdaq hələ tam formalaşmır, dırnaqlar barmaqların falanqlarının kənarına çatmır, göbək ciyəsi (kordonu) mərkəzdə deyil, bədənin ortasından aşağıda yerləşir. Göbək qalığı daha gec düşür, göbək yarası isə daha yavaş sağalır. Cinsiyyət orqanlarının tam inkişaf etməməsi əsas göstəricilərdən biridir. Fizioloji çəki itkisi də vaxtından əvvəl doğulmuş körpələrdə öz xüsusiyyətlərinə malikdir. Yalnız həyatın 2-3-cü həftəsində bərpa olunur və kütlənin bərpası vaxtı birbaşa uşağın yetkinliyindən asılıdır. Yəni, yalnız onun doğum tarixindən deyil, həm də körpənin ətraf mühit şəraitinə uyğunlaşma dərəcəsindən asılıdır", - nazirlik rəsmisi qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 23:38
Sabah bu ərazilərdə qaz olmayacaq
Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb
Cəmiyyət 23:30
Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:13
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəlilabadda içməli su xəttində qəza baş verib - Yenilənib
Cəmiyyət 20:29
Cəlilabadda içməli su xəttində qəza baş verib - Yenilənib
Ekspres avtobuslarla bir gündə 127 mindən çox sərnişin daşınıb
Cəmiyyət 18:25
Ekspres avtobuslarla bir gündə 127 mindən çox sərnişin daşınıb
Sabah Masallının iki kəndində qaz təchizatı dayandırılacaq
Cəmiyyət 18:05
Sabah Masallının iki kəndində qaz təchizatı dayandırılacaq
Özbəkistan və Qazaxıstan prezidentləri gələn ay Azərbaycana gələcək
Cəmiyyət 16:23
Özbəkistan və Qazaxıstan prezidentləri gələn ay Azərbaycana gələcək
Lerikdə zəlzələ olub
Cəmiyyət 16:18
Lerikdə zəlzələ olub

2030-cu ilədək işçilərin yarısına yeni bacarıqlar lazım olacaq
Cəmiyyət 15:13
2030-cu ilədək işçilərin yarısına yeni bacarıqlar lazım olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol