Hərbçilərimiz qəzaya düşdü

17:47 | 09.07.2017
Hərbçilərimiz qəzaya düşdü

Hərbçilərimiz qəzaya düşdü

Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizirlərimiz Ülfət Həsənovla Natiq Mehdiyev avtomobil qəzasına düşüb.

Yenicag.az xəbər verir ki, hadisə Ermənistan ordusu tərəfindən Füzulinin Alxanlı kəndində qətlə yetirilən 2 yaşlı Zəhra və onun nənəsi Sahibənin 3 mərasimindən qayıdan zaman baş verib.

Məlumatı saytımıza açıqlamasında Natiq Mehdiyev də təsdiqləyib:

"Zəhra balamızın 3 mərasimindən qayıdırdıq. Maşında elə ikimiz idik. Qobustanda qəflətən qarşımıza avtomobil çıxdı, Ülfət də nəzarəti itirdi. Şükür, elə ciddi bir xəsarət almamışıq. Mənim bir az sol ayağım, Ülfətin də güllə dəydiyi qolu ağrıyır”.

Xatırladaq ki, hər iki hərbçi 2015-cı ildə xüsusi hərbi tapşırığı yerinə yetirərəkən böyük qəhrəmanlıq göstərərək, düşmənə ağır zərbə vurublar. Onlar həmin döyüş əməliyyatları zamanı müxtəlif dərəcəli xəsarətlər alıblar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb