Həsən Ruhanidən qarğış: "Cəhənnəm olun!"

21:00 | 11.08.2014
Həsən Ruhanidən qarğış: "Cəhənnəm olun!"

Həsən Ruhanidən qarğış: "Cəhənnəm olun!"

İran prezidenti Həsən Ruhani İranın böyük güclərlə nüvə razılaşmasının əleyhinə çıxan sərt xətt tərəfdarlarını kəskin tənqid edib və onları "siyasi qorxaqlar" adlandırıb.

Avqustun 11-də İranın xaricdəki səfirləri ilə görüşən Ruhani deyib ki, “biz hər dəfə danışıqlara başlayan kimi onlar başlayırlar əsməyə. Cəhənnəm olun! Orda özünüzə isti yer taparsınız”.

Ruhani keçən avqustda prezidentliyə başlayanda Qərblə nüvə danışıqlarına da başladı. Sərt xətt tərəfdarları keçən noyabrda əldə olunan müvəqqəti razılaşmanın əleyhinədirlər ki, İran həddən çox güzəştə gedib.

İran və dünya gücləri hələ yekun razılaşma əldə etməyib. (azadlıq.org)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb