Həyatın zirzəmisinə düşənlər: Bakıda “bomj”lar necə yaşayır? - VİDEO

14:25 | 08.01.2019
Həyatın zirzəmisinə düşənlər: Bakıda “bomj”lar necə yaşayır? - VİDEO

Həyatın zirzəmisinə düşənlər: Bakıda “bomj”lar necə yaşayır? - VİDEO

Şəhərin müxtəlif yerlərində, demək olar ki, hər gün səfil həyat tərzi yaşayan insanlarla qarşılaşırıq. Çəkiliş etdiyimiz bu zirzəmi də "bomj”ların yaşadıqları yerdir.

Müsahibimiz zirzəmidə səfil həyat keçirən şəxslərdən biridir. 

O Oxu.Az-a açıqlamasında deyib ki, ailəsi də bu vəziyyətdən xəbərdardır.

Zirzəmidə yaşayan İlyasın vəziyyəti daha da acınacaqlıdır.

İlyas Astara rayonundandır. Onun evi dostu tərəfindən yandırılıb. Dostu bununla bağlı şikayət etməməsi üçün onu dəfələrlə təhdid edib.

İradə Məmmədova adlı şəhər sakini öz evinin zirzəmisini "bomj”lara verib. O, səfil həyatı keçirən bu insanları vaxtaşırı yeməklə təmin edir.

O deyir ki, bir müddət öncə zirzəmidə yaşayan "bomj”lardan biri ölüb. Həmin şəxsin oğlu atasının cənazəsini aparmağa 150 min manatlıq avtomobildə gəlib.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb