“Heydər Əliyev məni elə qarşıladı ki...” - Ənvər Paşanın nəvəsi

19:41 | 26.11.2014
“Heydər Əliyev məni elə qarşıladı ki...” - Ənvər Paşanın nəvəsi

“Heydər Əliyev məni elə qarşıladı ki...” - Ənvər Paşanın nəvəsi

1918-ci ildə Bakını bolşevık və daşnaklardan azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın qardaşı nəvəsi Osman Mayatepek Azərbaycan haqda danışıb.  Osman Mayatepek Atatürk zamanında Türkiyənın hərbı naziri olmuş Ənvər Paşanın nəvəsidir. O, Modern.az-a açıqlamasında uzun illər Amerıkada yasadığını bildirib və Azərbaycana gəlmək, Azərbaycanı görmək onun coxdankı arzusuda olduğunu qeyd edib. İndi ömrünün 64-cü ilini yaşayan O.Mayatepek deyıb ki, heç olmasa bu yaşında Azərbaycanı ziyarət etmək istəyir.“Bizim nəslimizin bir hissəsi Azərbaycanla bağlı olub. Təbii ki, mən də o nəslin davamçısı kimi ana yurdumuz Azərbaycanda olmaq istərdım. Və yaxın zamanlarda Bakıya mütləq səfər edəcəm”.Azərbaycanı çox sevdiyini, Türkiyə ilə Azərbaycan arasında heç bir fərq qoymadığını deyən Osman Mayatepek bildirib ki, 1992-cı ildə İstanbulda Azərbaycanın birinci prezidentı Ayaz Mütəllibovla görüsüb: “Bizi o zaman Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl görüşdürdü. O zaman Azərbaycan müstəqiliyini elan etmişdi. Düsündüm ki, Azərbaycan prezidenti Ayaz Mütəllibov məni çox isti qarşılayacaq. Amma bunun əksini gördüm. O niyə belə etdi, bilmirəm. Sanki mənim nəslim Azərbaycana çox böyük pislik etmişdi. Doğrusunu desəm, ondan sonra Azərbaycanı görmək istəyim bır qədər soyudu.Ancaq 1995-ci ildə Amerikada Azərbaycanın o zamankı prezidenti Hydər Əliyevlə də görüşdüm. O məni elə doğma qarşıladı ki, sevindim. Hətta o zaman Heydər Əliyev məni Azərbaycana dəvət etdi. Ancaq buna zaman olmadı. İndi isə Azərbaycanı görmək istəyirəm. Mütləq Bakıya gedəcəm”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb