Heydər Əsədov: "Bu il taxıl istehsalı artacaq"

14:20 | 19.05.2016
Heydər Əsədov:

Heydər Əsədov: "Bu il taxıl istehsalı artacaq"

Azərbaycanın kənd təsərrüfatı sektorunda bu il taxıl istehsalının artacağı gözlənilir.
 
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib: "Bu il taxıl istehsalı üçün çox əlverişli ildir”.

Onun sözlərinə görə, taxıl istehsalında 2015-ci ilə nisbətən bir neçə faiz artım gözlənilir: "Fövqəladə hallar baş verməsə, keçən ilə nisbətən artıq məhsul əldə edəcəyik. Biçinə tam hazırıq, kombaynlar tam təmin olunub, "Aqrolizinq" ASC-nin bütün heyəti artıq yerlərdədir. Prosesə başlayacağımız günü gözləyirik”.

Xatırladaq ki, 2015-ci ildə ölkədə taxıl istehsalı təxminən 2,8 mln. ton olub.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb