Heydər Əsədovdan sahibkarlara - TAPŞIRIQ

17:48 | 26.02.2015
Heydər Əsədovdan sahibkarlara - TAPŞIRIQ

Heydər Əsədovdan sahibkarlara - TAPŞIRIQ

Cari ildə Azərbaycana tələbata müvafiq olaraq kifayət qədər gübrə gətirilib və biz kənd təsərrüfatı sahəsində, ümumilikdə ehtiyatda olan gübrələrin satışında vahid qiymət siyasəti yeritməliyik.

Oxu.Az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı naziri Heydər Əsədov ölkəmizə gübrə idxal edən şirkətlərin nümayəndələri və müvafiq qurumların rəhbərləri ilə görüş zamanı bildirib.

"Bu gün ölkəmizə gətirilən gübrələr manatın keçmiş kursu ilə alındığına görə heç bir qiymət artımından söhbət gedə bilməz”- deyə, nazir bildirib.

Nazir şirkət rəhbərlərinə bəzi tapşırıqlar verib:

"Gübrələr öz keyfiyyətinə görə müasir standartlara cavab verməli və kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştlə "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon Aqroservis filiallarında, həmçinin şirkətlərin satış məntəqələrindən satılmalı, eyni zamanda qiymətlər dövlətin müəyyən etdiyi qaydalara müvafiq olaraq sabit qalmalıdır. Biz fermerlərin heç bir zərər çəkmədən maraqlarına münasib qiymətləri tənzimləməliyik. Bu gün fermerlərin gübrəyə olan tələbatı tam ödənilir”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb