Hillari Klinton: "Özümü əla hiss edirəm"

12:37 | 16.09.2016
Hillari Klinton:

Hillari Klinton: "Özümü əla hiss edirəm"

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton jurnalistlərə  özünü yaxşı hiss etdiyini bildirib.
 
APA-nın "RA Novosti”yə istinadən verdiyi xəbərə görə, Klinton sentyabrın 16-da Şimali Karolinada çıxışı zamanı jurnalistləri maraqlandıran bütün sualları cavablandıracağını vəd edib.  
 
"Mən özümü əla hiss edirəm, sağ olun!”, - deyə Klinton təyyarəsinin göyərtəsində KİV nümayəndələrinə bildirib.   

Demokratlar Partiyasından prezidentliyə namizəd digər suallara cavab verməkdən boyun qaçırıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb