Hitlerin doğulduğu ev sökülür

00:01 | 18.10.2016
Hitlerin doğulduğu ev sökülür

Hitlerin doğulduğu ev sökülür

Avstriya höküməti Braunau-am-İnn şəhərində Adolf Hitlerin doğulduğu evin sökülməsinə dair qərar verib.

Oxu.Az "Die Press” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Volfqanq Sobotka bildirib.

Onun sözlərinə görə, evin zirzəmisi çox güman ki qalacaq, lakin üstdən yeni bina ucaldılacaq. Yeni tikili ya xeyriyyə təşkilatı, ya da dövlət qurumu tərəfindən istifadə olunacaq.

Qeyd edilir ki, evin söküntüsü artıq şəhərin icra hakimiyyəti ilə razılaşdırılıb, lakin bununla belə yekun qərarı ölkə parlamenti verməlidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb