Hitlerin rəsm əsərləri 400 min avroya satıldı - FOTOLAR

11:11 | 22.06.2015
Hitlerin rəsm əsərləri 400 min avroya satıldı - FOTOLAR

Hitlerin rəsm əsərləri 400 min avroya satıldı - FOTOLAR

Faşist Almaniyasının lideri Adolf Hitlerin sulu boya ilə çəkdiyi tablolar ümumilikdə 400 min avroya satılıb.

ANN.Az xəbər verir ki, Hitkerin tabloları arasında ən bahalı satılan rəsm əsəri "Neuschwanstein" qülləsi adlı tablodur. Tablonu çinli bir şəxs 100 min avroya əldə edib. Hitlerin 1904-1922-ci illər arasında A.Hitler imzasıyla çəkdiyi tablolar ortalama 70 min avroya satılıb.

Alıcılar arasında Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Fransa və Almaniyanın adını açıqlamayan varlı şəxsləri olub. 

Qeyd edək ki, gənclik illərində rəssam olmaq istəyən Adolf Hitler Vyana Sənət Akademiyasına sənədlərini təqdim etmiş, amma qəbul olmamışdır. 

 

















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb