Hollivud və NHL də qapılarını Rusiyanın üzünə bağladı

09:14 | 01.03.2022
Hollivud və NHL də qapılarını Rusiyanın üzünə bağladı

Hollivud və NHL də qapılarını Rusiyanın üzünə bağladı

Hollivud Ukraynaya təcavüzünə görə, Rusiyada filmlərin yayılmasına qadağa qoydu. Bu barədə New York Times xəbər verir.

Disney Rusiyadakı filmlərinin, o cümlədən martın 10-da nümayiş etdirilməli olan Pixar-ın "Mən qızarıram” filminin baxışının "dayandırıldığını” elan edib. Şirkət bu addımını "Rusiyanın Ukraynanı səbəbsiz işğal etməsi və bölgədə faciəli humanitar böhran yaratması” ilə  izah edib. 

Bundan bir qədər sonra Warner Bros şirkəti də da "Betmen"in Rusiyada yayımını dayandırdığını elan etdi.

NXL də Rusiya ilə əlaqələri kəsdi

Milli Xokkey Liqası  (NXL) da Rusiyanın Ukraynaya hücumuna cavab olaraq bu ölk ilə  bütün işgüzar əlaqələrini kəsdiyini, sosial şəbəkələrdə və rəqəmsal mediada səhifələrinin rusdilli versiyalarını bağladığını açıqlayıb.

"Milli Xokkey Liqası Rusiyanın Ukraynaya təcavüzünü pisləyir və mümkün qədər tez oradan sülh yolu ilə çıxmağa çağırır", - NHL-in bəyanatında deyilir.

Bazar ertəsi Beynəlxalq Buzlu Xokkey Federasiyası IIHF Rusiya və Belarus komandalarını müvəqqəti olaraq bütün beynəlxalq yarışlardan kənarlaşdırıb və 2023-cü il yeniyetmələr arasında dünya çempionatına ev sahibliyi etmək hüququnu Rusiyadan alıb.

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb