Hollivudun gənc aktyoru öldü

09:35 | 21.02.2015
Hollivudun gənc aktyoru öldü

Hollivudun gənc aktyoru öldü

Məşhur Hollivud aktyoru, prodüsseri və ssenaristi Harris Uittls bu gün 31 yaşında vəfat edib.
 
Axşam.az-ın məlumatına görə, aktyorun meyidi Los-Ancelesdəki yaşadığı evdə tapılıb. İlkin versiyada ulduzun narkotik maddənin təsirindən öldüyü bildirilib.
 
Aktyorun cəsədini assistenti aşkar edib. O, təcili yardıma zəng etsə də, Harrisin həyatını xilas etmək mümkün olmayıb.
 
Uittls həm də "Parks and Recreation" ("Parklar və istirahət yerləri"), "Eastbound and Down" ("Şərqə doğru aşağı") seriallarının ssenaristi olub.
 
Uzun müddətdir narkotik asılılıqdan əziyyət çəkən H.Uittils iki dəfə bundan qurtulmaq üçün xüsusi kursa getsə də, cəhdləri uğursuz alınıb.
 
ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb