Houkinqdən xəbərdarlıq: İnsan irqi məhv ola bilər

10:57 | 03.12.2014
Houkinqdən xəbərdarlıq: İnsan irqi məhv ola bilər

Houkinqdən xəbərdarlıq: İnsan irqi məhv ola bilər

Suni intellekt sistemlərinin inkişafı bəşəriyyət üçün təhlükə törədir.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyalı fizik-nəzəriyyəçisi Stiven Hokinq (Stephen Hawking) bildirib.

"Mükəmməl süni intellektin yaranmasının insan irqinin sonu ilə nəticələnə bilər. Bu cür intellekt təşəbbüsü öz üzərinə götürəcək və özü-özünü artan sürətlə təkmilləşdirməyə başlayacaq. İnsanın imkanları yavaş təkamüllə əlaqədar olaraq məhduddur. Biz maşınları sürəti ilə rəqabət apara bilməyəcəyik və məğlub olacağıq”, - deyə Hokinq "BBC”yə müsahibəsində vurğulayıb.

Məşhur fizik eyni zamanda etiraf edib ki, süni intellektin mövcud primitiv formaları öz xeyrini sübut edib. Hokinq ehtiyat edir ki, yaxın gələcəkdə insan bacarıqlarını üstələyəcək maşınların yaranmasından ehtiyat edir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM