Hüseyn Dəryanın doğum günüdür

17:32 | 29.06.2014
Hüseyn Dəryanın doğum günüdür

Hüseyn Dəryanın doğum günüdür

Bu gün mərhum reper Hüseyn Dəryanın ad günüdür. Аxşam.az-a istinadən bildirir ki, keçmiş həyat yoldaşı Sona Muradova sosial şəbəkədə sənətçi ilə bağlı ürək sözlərini yazıb:

“Sevgilim, bu gün ad günündür. Ağrı içindəyəm, çünki hər il sənə kiçik də olsa hədiyyə alırdım. Yanağından öpürdüm. Bu il edə bilmirəm, bağışla. Həyatımda yaşadığım ilk və son sevgim oldun. Səninlə xoş günlərimizi xatırlayıb, ağlamaqdan başqa əlimdən bir şey gəlmir. Ruhun şad, yerin cənnət olsun. Bağışla, səhhətim yol vermədiyi üçün qəbir ziyarətinə gələ bilmirəm. Amma yanımdasan, hiss edirəm. Səninlə keçirdiyim o gözəl günləri, dəlilikləri, bir yerdə etdiyimiz sevgi etiraflarını unutmağım mümkün deyil. İndi kənardan seyr edib, sadəcə  gülürəm. Bilirsən nəyə? Sənə narkoman, pulsuz deyib, qapı bağlayanlar indi roldan-rola girirlər. Sənin haqqında heç bir məlumatı olmayan insanlar səninlə bağlı xatirəsi varmış kimi danışanda nifrət edirəm. Amma susuram. 7 il sənlə əziyyət çəkən tək bir ad var idi: Sona. Səni necə varsan, elə qəbul etdi. Mənə sevgini sübut etmək üçün dəyişəcəyinə söz verdin və onu tutdun. Hüseyn, səni həmişə sevdim, qəlbimdəsən, həmişə də sevəcəm. Ad günün mübarək”.

Qeyd edək ki, Hüseyn Dərya martın 15-də avtomobil qəzasında dünyasını dəyişib. Reperin ilk evliliyindən qızı, ikinci həyat yoldaşından isə oğlu var.

Axsam.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb