Hüsnü Mübarəkin şikayəti təmin edilmədi

17:59 | 09.01.2016
Hüsnü Mübarəkin şikayəti təmin edilmədi

Hüsnü Mübarəkin şikayəti təmin edilmədi

 Misirin Apellyasiya məhkəməsi ölkənin keçmiş prezidenti Hüsnü Mübarək və oğlanlarının şikayətini təmin etməyib.

"Report" xəbər verir ki, bu haqda "Al-Ahram" saytı məlumat yayıb.

Məlumata görə, məhkəmə onları 3 il azadlıqdan məhrum edib və təxminən 16 milyon dollar (125 milyon Misir funtu) məbləğində cərimələyib.

Xəbərdə bildirilib ki, bu, onların ikinci apellyasiya məhkəməsidir. İnformasiyaya əsasən, bu, məhkəmənin qəti qərarıdır və dəyişdirilə bilməz. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM